SOSİUM

Qapını gec açdığına görə, arvadını öldürdü - Azərbaycanda qəribə qətllər
15 NOYABR
851

Qapını gec açdığına görə, arvadını öldürdü - Azərbaycanda qəribə qətllər

2016-11-15 15:52:00

Son illərdə Azərbaycanda qətllərin sayı artıb. Gündəlik həyatımızda da bu cür xəbərlərlə tez-tez  rastlaşırıq. Qətllərin bir çoxu isə ilk baxışdan mənasız, hətta qəribə səbəblərdən baş verir. Fins.az  həmin hadisələrdən bir necəsini araşdıraraq təqdim edir. 

Qonaq gələn qohumunu “tanımadı”

Adil Əliyev (adlar şərtidir ) Bakının Novxanı qəsəbəsində yaşayan qohumu Elçin Əliyevə qonaq gəlib. Qohumlar axşam  bir yerdə oturub yaxşıca yeyib-içiblər. Başları dumanlanan qohumlar səhər ayılanda bir-birini “tanımayıblar”.  İçkinin təsirindən ayılan ev yiyəsi qohumunun oğru olduğunu  zənn edib və ona 31 bıçaq zərbəsi endirib. A.Əliyev hadisə yerindəcə dünyasını  dəyişib. 

Bir təpiyə qurban getdi

Bakının Yasamal rayonunda yaşayan 2 yeniyetmə yolda gedərkən sözləri çəp gəlib və mübahisələri böyüyüb.  Tanışlar məsələni parkdakı  ağacların yanında çözməyə qərar verirlər. Danışdıqları məkanda görüşərək dava edən tanışlardan biri digərini  təpiklə vurub. Və özü də bilmədən bu zərbə ilə tanışının qabırğasını sındırıb. Qabırğa qaraciyərə batıb və daxili qanaxma nəticəsində yeniyetmə vəfat edib. Halbuki, tanışlar sadəcə güclərini sınamaq üçün dalaşırdılar.

Gözlənilməz ölüm

Son vaxtlarda baş verən ən qalmaqallı qətl hadisələrindən biri fotojurnalist Rasim Əliyevin ölümü oldu. Rasim Əliyevin futbolçu Cavid Hüseynov barədə yazdıqlarından sonra futbolçunun qohumları onu cəzalandırmaq qərarına gəliblər. Jurnalistin üstünə tökülən bir neçə nəfər ona ağır xəsarətlər yetiriblər. Bu xəsarətlərin nəticəsində Rasim Əliyev xəstəxanada vəfat edib.

Yumruq da ölümə səbəb olarmış

Bu hadisə Bərdədə baş verib. Əkin sahəsində bölgünü doğru  aparmadığına görə qohumu ilə mübahisə edən Əjdər Seyidov ona yumruqla ağır zərbə endirib. Nəticədə qohumu yerə yıxılıb. Qarşı tərəfi yerində oturtduğu ilə fəxr edən Ə.Seyidov onu hadisə yerində qoyaraq öz işləri ilə məşğul olmağa davam edib. Qohumu isə hadisə yerindən 50 mert aralaşdıqdan sonra zərbənin təsirindən dünyasını dəyişib.

Qapını gec açdığına görə, arvadını öldürdü

Daha bir qəribə ölüm faktı Neftçala rayonunda qeydə alınıb. Axşamüstü heyvanları otlaqdan gətirən Heydər Həsənov qapını gec açdığına görə  həyat yoldaşına qəzəblənib. Həyətə  daxil olan ər əlindəki çomağı hisrlə arvadına atıb. Çomaq  qadının  başına dəyib və nəticədə huşunu itirib. Bir müddət xəstəxanada qalan qadın aldığı xəsarətlərdən vəfat edib.

Qadın bıçağa əl atmalı olub

Bu günlərdə  Sabunçu rayonunda baş verən ailə münaqişəsi də  gözlənilmədən qətllə nəticələnib. Ərinin  təhdidlərindən təngə gələn 26 yaşlı qadın özünü müdafiə etmək məqsədilə bıçağa əl atıb. Nəticədə həyat yoldaşı ayağından yaralanıb – bıçaq onun damarını zədələyib. Amma qorxudan özünü itirən qadın evdən qaçdığına görə, ərinə kömək edən olmayıb. Köməksiz vəziyyətdə yerdə qalan kişi isə qanaxmadan dünyasını dəyişib.

Qeyd edək ki, bu cür hadisələr Cinayət Məcəllsinin 126-cı maddəsilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsüf olunur. Ehtiyatsızlıqdan adamın ölümünə səbəb olan şəxslər  7 ildən 12 ilədək azadlıqdan məhrum edilə bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272