SOSİUM

Bakıda yeni universitet nə vaxt açılacaq?
14 NOYABR
471

Bakıda yeni universitet nə vaxt açılacaq?

2016-11-14 17:19:00

Bakı Mühəndislik Universiteti 2017/2018-ci tədris ilində fəaliyyətə başlayacaq.

Fins.az-ın verdiyi məlumata görə, bunu bu gün jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, hazırda universitetin harada yerləşəcəyi məsələsi müzakirə edilir:

"Bütün ali təhsil müəssisələrinin yaradılması zamanı olduğu kimi, burada da maddi-texniki baza təmin olunacaq. Sonra müəssisəyə rəhbərlik təyin olunacaq. Bundan sonra isə tədris planı təsdiq olunacaq. Qarşımızda dayanan məqsəd bu universitetin 2017/2018-ci tədris ilində fəaliyyətə başlamasını təmin etməkdir. Yəni, tələbə qəbulu həmin dövrdə başlayacaq".

Yeni ali təhsil müəssisəsinin açılması ilə əlaqədar digər universitetlərin bağlanması məsələsinə aydınlıq gətirən nazir qeyd edib ki, Bakı Mühəndislik Universitetinin yaradılması bu profilli digər ali təhsil müəssisələrinin ləğv edilməsinə zəmin yaratmayacaq:

"Yeni təhsil müəssisəsində formalaşacaq kadrlar ölkə iqtisadiyyatının müxtəlif sektorlarına inkişafına töhfəsini verəcək. Bu ali təhsil müəssisəsinin yaradılması düşünülmüş bir addımdır. 21-ci əsrdə baş verən proseslər onu göstərir ki, biliklər üzərində qurulan biznes ideyaları təbii resurslar və ya istehlak məhsulları üzərində qurulan fəaliyyət növlərindən daha çox səmərə verir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275