SOSİUM

İranla sərhəddə sıxlıq var – KOMİTƏDƏN AÇIQLAMA
14 NOYABR
392

İranla sərhəddə sıxlıq var – KOMİTƏDƏN AÇIQLAMA

2016-11-14 14:02:00

Dünən axşam saatlarından Astara buraxılış məntəqəsinə çatan zəvvarlar uzun növbə gözləməli olublar. Fins.az xəbər verir ki, İraqa "Ərbəin" ziyarətinə gedən zəvvarların eyni vaxtda sərhəddə toplaşması sərhəd məntəqəsində ciddi sıxlıq yaradıb. 

Zəvvarlar bildiriblər ki, növbədə gözləyərkən yaşlı insanlar və uşaqlar daha çox əziyyət çəkib: 

"Növbə yaranan ərazidə insaların təbii və fiziki ehtiyaclarını ödəməsi üçün heç bir infrastruktur yoxdur. Növbə zamanı isə qocalar, xəstələr, uşaqlar və qadınlar əziliblər". 

Qeyd edək ki, Astara Gömrük İdarəsinin Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsi (SNBM) saat 9-dan 20-dək fəaliyyət göstərir. Zəvvarlar növbə tutmaq üçün buraxılış məntəqəsinin qarşısına axşam saatlarından yığılıblar. Bu da keçid məntəqəsindən insnaların yoxlanılıb buraxılmasını çətinləşdirib. Sıxlığı gün ərzində aradan qaldırmaq mümkün olmayıb. 

Dövlət Gömrük Komitəsindən bildiriblər ki, sıxlığın aradan qaldırılması məqsədilə Astara Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, son 1 gündə Astara Gömrük İdarəsi vasitəsilə 49 ədəd avtobus, 40 ədəd yüngül minik avtomobilinin, 3700-dən artıq sərnişinin keçidi təmin olunub ki, bu da sərhəd-keçid məntəqəsinin potensialından 3 dəfə çoxdur.

Hazırda ötən günlə müqayisədə sərhəd-keçid məntəqəsində sıxlıq azalıb və bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlər nəticəsində günün sonuna qədər sıxlıq tam aradan qaldırılacaq.

Azərbaycan-İran sərhədində yaranan sıxlıq günün sonunadək aradan qaldırılacaq. Fins.az-ın məlumatına görə, ötən gündən etibarən vətəndaşların müqəddəs ziyarətgahlara getməsi ilə bağlı İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara Gömrük İdarəsində nisbi sıxlıq müşahidə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275