SOSİUM

Azərbaycanda nə bahalaşıb, nə ucuzlaşıb? - SİYAHI
14 NOYABR
571

Azərbaycanda nə bahalaşıb, nə ucuzlaşıb? - SİYAHI

2016-11-14 12:54:00

Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkədə qiymətlər 11,6% artıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, bu müddətdə ölkədə həm bahalaşan, həm də, nə qədər qəribə olsa da, ucuzlaşan mallar var. 

Fins.az DSK-a istinadən oktyabrda qiyməti ən çox dəyişən məhsulların - ərzaq, qeyri-ərzaq və xidmətlər siyahısını təqdim edir


Oktyabrda bahalaşan ərzaqlar:

- düyü,
- un,
- makaron məmulatları,
- qarabaşaq,
- yulaf və arpa yarması,
- mal, qoyun və toyuq əti,
- balıq məhsulları,
- kolbasa məmulatları,
- süd məhsulları,
- yumurta,
- kərə və bitki yağları,
- şəkər və şəkər tozu,
- şokolad və konfetlər,
- qəhvə, çay və kakao,
- armud,
- üzüm,
- göyərti,
- pomidor,
- xiyar,
- kartof,
- kök,
- çuğundur,
- sarımsaq

Oktyabrda ucuzlaşan ərzaqlar

- Alma,
- limon,
- naringi,
- heyva,
- nar,
- xurma,
- soğan,
- kələm,
- balqabaq

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Oktyabrda bahalaşan qeyri-ərzaqlar:

- parçalar,
- geyim və ayaqqabılar,
- inşaat materialları,
- mebel və ev əşyaları,
- xalça və digər döşəmə örtükləri,
- ev üçün toxuculuq məmulatları,
- zərgərlik məmulatları,
- şüşə məmulatları,
- yemək qabları və əşyaları,
- məişət cihazları,
- telefon və fotoaparatlar,
- dəftərxana ləvazimatları
- minik avtomobilləri üçün ehtiyat hissələri.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Yəni ucuzlaşan qeyri-ərzaq yoxdur.

 

Oktyabrda bahalaşan xidmətlər:

- mənzillərin icarə haqları,
- paltarların təmizlənməsi,
- paltarların təmiri və kirayəsi,
- ayaqqabıların təmiri,
- məişət cihazlarının təmiri,
- mebel, ev əşyaları və döşəmə örtüklərinin təmiri,
- avtomobillərin təmiri xidmətləri,
- stomatoloji xidmətlər.

Oktyabrda ucuzlaşan xidmətlər

-hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma.

Göründüyü kimi, oktyabrda yalnız bir xidmət ucuhlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272