SOSİUM

Azərbaycanda inflyasiya 12 faizə yaxınlaşıb
14 NOYABR
280

Azərbaycanda inflyasiya 12 faizə yaxınlaşıb

2016-11-14 12:41:00

2016-cı ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 11,6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4 faiz bahalaşıb.

2016-cı ilin oktyabr ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri sentyabr ayına nisbətən 1,3 faiz artıb. Ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz bahalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270