SOSİUM

Temperatur yüksəlir-İSTİRAHƏT GÜNÜNÜN HAVA PROQNOZU
12 NOYABR
582

Temperatur yüksəlir-İSTİRAHƏT GÜNÜNÜN HAVA PROQNOZU

2016-11-12 11:26:00

Bakıda və Abşeron yarımadasında sabah hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən fins.az-a verilən xəbərə görə, sabah noyabrın 13-də yarımadanın və paytaxtın bəzi yerlərində zəif duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 15-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275