SOSİUM

Əli Evsen üzə çıxdı
11 NOYABR
595

Əli Evsen üzə çıxdı

2016-11-11 16:45:00

Xəbər verildiyi kimi, noyabrın 8-də İspaniyanın paytaxtı Madriddə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda konfrans keçirilib.

Konfransla bağlı ən diqqət çəkən məqam tədbirin təşkilatçılarından birinin Şeyxülislam Allahşükür Paşazadənin qudası, bir vaxtlar Azərbaycanda tanınmış iş adamlarından olan Əli Evsenin iştirakıdır.

Konfransı da giriş sözü ilə açan məhz Əli Evsen olub. 2011-ci ildə Misir diktatoru Hüsnü Mübarəkin pullarının İspaniyada “yuyulmasını” təşkil etməkdə ittiham olunan və bu ölkədə həbs edilən iş adamı Əli Evsen barəsində çoxdandır ki, xəbər yox idi. Bu ilin fevralında isə məlum olmuşdu ki, İnterpol Əli Evsenin adını hələ də “qırmızı bülleten”lə axtarılan cinayət şübhəliləri siyahısından çıxarmayıb. Hazırda isə onun adı bu siyahıda yoxdur.

1962-ci il təvəllüdlü Əli Evsenin 3 ölkənin – Azərbaycan, Türkiyə və Albaniyanın vətəndaşıdır.

Azərbaycanda biznesə hələ 1990-cı illərin əvvəllərində Dubaydan konteyner vurmaqla başlayan Əli Evsen sonra “Star” taksi şirkətini, “Elit” ticarət mərkəzini, Şamaxıda soyuducu, kondisioner və məişət texnikası istehsalı üzrə zavodları, “A-lizinq” şirkətini, “Azsamand” avtomobilləri istehsalı xəttini və sair biznes qurumlarını yaradaraq “Evsen Group”a birləşdirib. 2008-ci ildən isə Ə.Evsen ölkədəki biznesini satmağa başlayıb. Elə həmin ildə Əli Evsen Albaniyanın “Albanian Airlines” və Fransanın “Eagle Aviation” şirkətlərini alıb.

Qəzet yazır ki, konfransda Şeyxlə yanaşı əyləşmiş Ə.Evsen (fotoda Şeyxin sağında) tədbirin bütün xərclərini üzərinə götürüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271