SOSİUM

Şəxsiyət vəsiqələrinə qoyulan qadağa – QANUNSUZ İMİŞ
11 NOYABR
666

Şəxsiyət vəsiqələrinə qoyulan qadağa – QANUNSUZ İMİŞ

2016-11-11 14:58:00

Daxili İşlər Nazirliyinin (DİN) Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin bəzi vətəndaşların şəxsiyyət  vəsiqələrinin dəyişdirilməməsi ilə bağlı qərarı tamamilə qanuna ziddir.

Fins.az-ın araşdırmasına görə, ölkə qanunvericiliyi şəxsiyət vəsiqələrinin dəişdirilməsi və ya verilməsi ilə bağlı istənilən belə halları və addımları qadağan edir.

Xatırladaq ki, son günlər ASAN Xidmət mərkəzlərindəki pasport-qeydiyyat şöbələrində ayrı-ayrı vətəndaşların şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi ilə bağlı problemlər yaranıb. Bəzi hallarda kredit borcu olan vətəndaşların şəxsiyət vəsiqələrinin dəyişdirilməsindən imtina edilib. Bu isə vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.  

Eləcə də bax: Deputat: Şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb

Bu mövzu məbuata və sosial şəbəkələrə yayıldından sonra DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məsələyə aydıqlıq gətirməyə çalışıb. Onun sözlərinə görə, belə hallar krediti olan bütün vətəndaşlara deyil, yalnız mülki-hüquqi öhdəliklərin icrasından (yəni kreditin ödənişindən) yayınan və məhkəmə tərəfindən barəsində axtarış verilən şəxslərə şamil edilir: «Qalan bütün hallarda vətəndaşlar istədiyi vaxt şəxsiyyət vəsiqəsinin alınması və yenilənməsilə ilə bağlı müraciət edə bilərlər»-deyə DİN rəsmisi bildirib. 

Qeyd edək ki, mülki-hüquqi öhdəliklərə aliment və kredit borcları, bir şəxsə vurulan  maddi zərərin ödənilməsi ilə bağlı qərarların icrası kimi məsələlər aiddir. 

Eləcə də bax: Kredit borcu olanlara vəsiqə verilməməsi xəbərinə – DİN-DƏN AÇIQLAMA

Bununla yanaşı, fins.az-an araşdırması göstərir ki, hətta DİN nümayəndəsinin dediyi hallarda da şəxsiyət vəsiqəsinin dəyişdirilməsindən və ya verilməsindən imtina qanunsuzdur. O.Mənsurzadə özü də bu qadağanın hansı sənədə əsaslanması ilə bağlı fins.az-ın suallarını cavablandırmaqdan imtina edib.

Belə ki, «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» qanunun 1-ci maddəsində deyilir ki, şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. 

Məsələ ilə bağlı fins.az-ın müraciət etdiyi hüquqşünaslar və vəkillər də bildiriblər ki, istənilən halda şəxsiyyət vəsiqəsinin dəyişdirilməsindən imtina əsassızdır və buna heç bir halda qadağa qoyula bilməz.

Mülki-hüquqi öhdəliklərə gəlincə bütün bu hallar məhkəmədə araşdırılmalıdır və həmin məsələlərin DİN-ə, o cümlədən Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin fəaliyyətinə heç bir aidiyyatı yoxdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275