SOSİUM

Sabaha olan - HAVA PROQNOZU
11 NOYABR
463

Sabaha olan - HAVA PROQNOZU

2016-11-11 12:22:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman və çiskin olacaq. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 14-17, Bakıda gecə    9-11, gündüz 15-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət  gecə 75-85, gündüz 60-70 faiz təşkil edəcək. 
Azərbaycanın rayonlarında 
Noyabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq.  Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 14-17, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275