SOSİUM

Selcanın qəhrəmanı ol – DƏSTƏK KAMPANİYASI
11 NOYABR
202

Selcanın qəhrəmanı ol – DƏSTƏK KAMPANİYASI

2016-11-11 09:37:00

Kəskin leykozdan (qan xərçəngindən) əziyyət çəkən 4 yaşlı Selcan Muradzadəyə maddi və mənəvi dəstək məqsədilə 12 və 13 noyabr tarixlərində 28 Mall AVM-də xeyriyyə yarmarkası keçiriləcək. Həyatı hələ doya-doya yaşamayan, yaşıdları ilə birlikdə uşaqlıq sevincini layiqincə duymayan körpə balamız sağalma ümidini xeyirxah insanların dəstəyində görür. Hal-hazırda Türkiyədə müalicə olunan körpə qızcığazın əməliyyat xərcləri yüksək vəsait tələb edir. Bu vəsait toplanacağı təqdirdə körpənin tam sağalma şansı var. 
Bunun üçün də yarmarkada satılacaq suvenir, rəsm əsəri, aksessuar, bijuteriya, toxunma əl işi, oyuncaq və kitab satışından əldə olunan gəlirin uşağın müalicəsinə sərf edilməsi nəzərdə tutulub. 

Odur ki, hər biriniz həftəsonu yarmarkada iştirak etməklə balaca Selcanın qəhrəmanı ola bilərsiniz.

Selcanın mualicəsi və yardım üçün ödəmə üsulları barədə ətraflı məlumaı FB və Instaqramdan (linklər) əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270