SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
10 NOYABR
343

Sabaha olan – HAVA PROQNOZU

2016-11-10 11:50:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Noyabrın 11-nə olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında                                    

hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 15-19, Bakıda gecə 11-13, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 16-21, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 11-12-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Noyabrın 13-də atmosfer təzyiqinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272