SOSİUM

Azərbaycanda 1 hakim niyə 2000 işə baxır? – UZANAN MƏHKƏMƏLƏR
07 NOYABR
738

Azərbaycanda 1 hakim niyə 2000 işə baxır? – UZANAN MƏHKƏMƏLƏR

2016-11-07 17:06:00

Azərbaycan məhkəmələrində hakimlərin sayı o qədər az, işlərin sayı isə o qədər böyükdür ki, hakimlər işlərə çatdırıb baxa bilmirlər. Nəticədə bəzən məhkəmə işlərinə baxılması aylarla uzanır.

Son illərdə Azərbaycanda məhkəmələrə daxil olan şikayətlərin sayı kəskin artıb. Lakin hakimlərin sayı   onların baxacağı işlərin sayı ilə tərs mütənasibdir.

Fins.az-ın araşdırması göstərdi ki,   məhkəmə hakimlərinin işi getdikcə daha da ağırlaşır. Bu gün noyabrın 7-ə olan statistikaya görə,  ölkədə 511 məhkəmə hakimi fəaliyyət  göstərir. Onlar 248 729 işə baxmalıdırıar. Sadə hesabla hər hakimə ən azı 480 iş düşür.

Nəzərə alsaq ki, burada rayon məhkəmələrinin payı daha çoxdur, o zaman həmin hakimlərə daha çox iş düşür. Məsələn, bu günə olan məlumata görə, Sabunçu Rayon Məhkəməsində icraatda olan işlərin sayı 24  351-dir. Həmin işlərlə cəmi 10 nəfər hakim məşğul olmalıdır. Beləliklə, orta hesabla hər hakim təxminən 2 400 işi araşdırıb qərar verməlidir.

Yasamal məhkəməsində vəziyyət daha acınacaqlıdır. Belə ki, 13 hakimə 64 min məhkəmə işi düşür. Başqa sözlə, hər hakim 4900-dən artıq işə baxmalıdır. Şəki rayon məhkəməsindəki 4 hakim isə 23450 işə, yəni hər hakim 5800-dən artıq işə baxmalıdır. Oğuz məhkəməsindəki 4222 iş isə cəmi 1 hakimə həvalə edilib.

Elə rayonlar da var ki,   orada cəmi  2 və ya 3 hakim fəaliyyət göstərir.  35 rayonda isə məhkəməyə cəmi 1 hakim təyin edilib.

Mənzərə onu göstərir ki, gün ərzində 6-8  məhkəmə işinə baxan hakimlərin verdiyi qərarlar da ədalətli və adekvat olmayacaq.

 

Baxılacaq  işlərin sayı

Hakimlərin sayı

Sabunçu rayonu

24 351

10

Yasamal rayonu

63 828

13

Gəncə şəhər Nizami rayonu

18 779

 6

Şəki Rayon Məhkəməsi

23 450

4

Bakı Apellyasiya Məhkəməsi

26 427

51

Şəki Apellyasiya Məhkəməsi

4 158

11

Oğuz Rayon Məhkəməsi

4 222

1

Quba Rayon Məhkəməsi

14 213

4

 

 

 

 

Hakimlərin gərgin iş rejimində çalışdıqlarını vurğulayan hüquqşünas Nicat Gözəlov bir hakimin gündə 4-5 qərardad yazmasının fikizi baxımdan mümkün olmadığını bildirib:

 “Hakimlərin sayını ən azı 2 dəfə artırmaq lazımdır. Eyni zamanda onların işini azaltmaq üçün ciddi tədbirlər görülməlidir. Son zamanlar məhkəmələrə edilən müraciətlərin 50 faizi banklardakı problemlemli  kreditlərlə bağlıdır. Əgə rhökumət bununla bağlı müəyyən qərarlar versə, iş məhkəməyə gəlib çatmaz. Bu, sosial-iqtisadi həyata da aiddir”.

Hakimlərə verilən işlərin çoxluğu onların  ciddi araşdırılmasına imkan vermir. Bəzən bir məhkəmə iclasını 15-20 dəqiqəyə yekunlaşdırmalı olurlar. Bu zaman işin detalları tam araşdırılmır, tərəflər yetərincə dinlənilmir. Bu isə vətəndaşların məhkəmə-hüuqu sisteminə olan etimadını azaldır və bəzən tam məhv eidr.

İşlərə baxılması üçün vaxtın azlığı şikayətlərin keyfiyyətsiz araşdırılmasına və ədalətsiz qərarların  qəbul edilməsinə gətirib çıxarır. Ona görə də vətəndaşlar yuxarı instansiya məhkəmələrinə şikayət edirlər. Təsadüfi deyil ki, apellyasiya məhkəmələrində də şikayətlərin sayı kifayət qədərdir. Məsələn, 51 hakimi olan Bakı Apellyasiya Məhkəməsində 26 427  işə baxılmalıdır. Hər hakim orta hesabla 500-dən çox işi araşdırıb qərar verməlidir.

Hüquqşünas Faik Nağıyev bildiriр ki, işləri çox olduğu üçün hakimlər iş vaxtından daha artıq, hətta şənbə və bazar günləri də işləməyə məcbur olurlar. Onagörə də sosialhəyatdan, ailə həyatındandeməkolarki, məhrumolurlar. Əvəzində daimstressaltındaolurlar. Budaonlarınverdiyiqərarlarınədalətliolmasını şübhə altınaalır.

Hüquqşünasınsözlərinə görə, sonillərdə məhkəmələrdə qəbuledilənqərarlarıneffektivliyiartırmaqməqsədilə hakimlərinsayı аrtırılır.

“Bütün vətəndaşların məhkəməyə əlçatımlılığınını təmin etmək lazımdır. Buhəmdə AvropaKonvensiyasınıntələbidir. Ona görə də  2000-ci ildən başlayaraq hakimlik I mtahanları keçirilir. Son imtahanda 176 nəfər  seçilib. Bu yolla hökumət hakimlərin sayını artırmağa çalışır”.

Qeyd edək ki, hakimlərin sayını artırmaqla yanaşı onların iş şəraitini yaxşılaşdırmaq, əmək haqlarını artırmağa da ciddi ehtiyac  var. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272