SOSİUM

Azərbaycanda dərsliklər bu qaydalarla hazırlanır
04 NOYABR
208

Azərbaycanda dərsliklər bu qaydalarla hazırlanır

2016-11-04 15:35:00

Təhsil Nazirliyi Azərbaycanda dərsliklərin hazırlanması qaydalarını açıqlayıb. Nazirlikdən verilən xəbərə görə, dövlət tərəfindən alınan və istifadə olunan dərsliklərin hazırlanması çox mərhələləli prosesdir. Ümumtəhsil məktəb dərsliklərinin ekspertiza və qiymətləndirilməsi işini Dərslikləri Qiymətləndirmə Şurası həyata keçirir: "Şura Təhsil Nazirliyinin nəzdində müstəqil qurumdur. Şuranın qərarı və ekspert seçiminə nazirlik müdaxilə etmir. Təhsil Nazirliyi sadəcə olaraq, dərsliklərə olan tələbatın miqdarını müəyyənləşdirib şuraya bildirir. Bundan sonra tələbatda göstərilən siniflər üzrə dərsliklərin hazırlanması müsabiqəsi elan edilir. Müsabiqəyə bütün nəşriyyatlar öz müəllif komandasını toplayaraq qatıla bilir. Burada heç bir məhdudiyyət yoxdur.

Nazirlik üçün vacib olan dərsliyin məzmunudur, nəşriyyat və müəllifin kimliyi yox. Bu səbəbdən dərsliklərin hazırlanmasından sonra Dərslikləri Qiymətləndirmə Şurası təqdim edilməsi başlayır, müəllifin və nəşriyyatın adı anonim saxlanılır".

Qeyd olunub ki, Dərslikləri Qiymətləndirmə Şurası yüksək bacarıq və qabiliyyəti olan mütəxəssislərdən təşkil edilib. Şuranın dərsliklərə görə ekspert qrupları toplamaq səlahiyyəti də var: "Ekspertlər bu dərslikləri qiymətləndirdikdən sonra əvvəldən müəyyənləşdirilən keçid balını keçərək ən yüksək balı toplayan dərslik qalib hesab  olunur. Qalib gələn dərslik üzərində də sonradan müəyyən dəyişikliklər aparıla bilər. Qiymətləndirilən və ən yüksək balı toplayan dərslik dövlət tərəfindən satın alınır və məktəblərə istifadə üçün göndərilir.

Dərsliklərlə bağlı vətəndaşların rəy və təkliflərini isə nazirlik edu.gov.az saytının müraciətlər bölməsində qəbul edir. Daha sonra şikayət, irad və təkliflər aidiyyəti üzrə nəşriyyat və müəlliflərə yönəldilir. Müəllif və nəşriyyat haqlı hesab olunan bütün irad  və təklifləri növbəti nəşrlərdə nəzərə alır".

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274