SOSİUM

Bağlanan şirkətin işçilərinin maaşı necə ödənilməlidir?
03 NOYABR
334

Bağlanan şirkətin işçilərinin maaşı necə ödənilməlidir?

2016-11-03 10:32:00

Bəzən elə müəssisələr, şirkətlər olur ki, bağlanır və ya işçilərini ixtisar edirlər.  Hətta elə hallar da olur ki, həmin işçilərə verilməsi vacib olan pulları da ödəmirlər. Bu da işçilərin əmək hüquqlarının pozulmasıdır. 

Bəs müəssisə fəaliyyətini dayandırdıqda və ya işçilərini işdən azad etdikdə onlara müavinətlərin verilməsi qanunla necə tənzimlənir?

Bu məsələ ilə bağlı hüquqşünas Müzəffər Baxışov açıqlama verib.

O bildirib ki, qanunda müəssisə və ya təşkilat bağlanacaqsa öz işçilərinə 2 ay qabaqcadan məlumat verməlməsi ilə bağlı müddəa var.

“Həmin şəxslərin isə 2 ay əmək haqqı ödənilməlidir. Əgər işdən çıxarılan şəxs müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçib, iş tapmayıbsa 3-cü ayın əmək haqqı da ona verilməlidir”.

M. Baxışov deyib ki, indiki vəziyyətdə bəzi şirkətlər, müəssisələr müflis vəziyyətinə düşən kimi bağlanır.

“Amma bu belə olmamalıdır. Ona görə də, həmin şirkətlər, müəssisələr bu pulları ödəmirlər. İşçilərə deyirlər ki, şirkət ləğv olunur. Azərbaycanda əksər şirkətlər ləğv olunan zaman bu hallar olur. Bu da qanunsuzluqdur. Belə şirkətlər həmin işçilərin əmək hüquqlarını pozurlar”. 

O qeyd edib ki, əgər şirkət müflis olub bağlanıbsa, müavinətlərin hansı qaydada işçilərə verilməsi barədə hüquqi mexanizmi yoxdur.

“Qanunvericilikdə bu şirkət rəhbərləri üçün də heç bir məsuliyyət tətbiq olunmayıb ki, məcburiyyət qarşısında qalsınlar və həmin pulları işçilərə ödəsinlər. Bu qayda ştat vahidi ləğv olunmuş işçilərə də aiddir”.

Mənbə: Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275