SOSİUM

Azərbaycanda bələdiyyələrlə bağlı vahid qanun qəbul oluna bilər-AÇIQLAMA
02 NOYABR
296

Azərbaycanda bələdiyyələrlə bağlı vahid qanun qəbul oluna bilər-AÇIQLAMA

2016-11-02 17:38:00

Yaxın vaxtlarda Azərbaycanda Bələdiyyə Məcəlləsinin hazırlanması gözlənilir. Fins.az xəbər verir ki, bu barədə millətvəkili, regional məsələlər komitəsinin üzvü Kamran Bayramov açıqlama verib. 

Bildirib ki, indiyədək “Bələdiyyələrin statusu haqqında” qanuna 60-dan çox dəyişiklik və əlavə edilib. "Qanunvericiliyin uyğunlaşdırılması qaydasında da, bələdiyyələrin fəaliyyətini tənzimləyən digər qanunlarda da çoxsaylı dəyişikliklər və əlavələr edilir. Bununla da qanunverici üçün əlavə yük yaranır, bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi dinamikasının izlənilməsi və dəyişikliklərin uçotunun aparılması çətinləşir. Bu çətinliklərin aradan qaldırılması üçün bələdiyyə fəaliyyətini tənzimləyən mövcud qanunlar sistemləşdirilməlidir, yəni Bələdiyyə Məcəlləsi hazırlanıb qəbul olunmalıdır".

Deputat hesab edir ki, Bələdiyyə Məcəlləsinin qəbulu bələdiyyə qanunvericiliyinin vahid bir sənəddə əks olunması, bələdiyyələrin fəaliyyət sahələrinin ardıcıl və məntiqli formada nizama salınmasına imkan verəcək.

"Məcəllə  yerli özünüidarəetmə sahəsində aparılan qanunvericilik işlərinin uçotunun aparılması, bələdiyyələrin mövcud səlahiyyətlərinə yenidən baxılması, dəqiqləşdirilməsi və təkmilləşdirilməsi üçün geniş imkanlar yaradacaq. Bu konseptual sənədin qəbul olunması Azərbaycanda yerli özünüidarəetmənin inkişafının yeni mərhələsini şərtləndirə bilər".

 

 

Mənbə: Belediyye.info

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275