SOSİUM

Nardaranda əməliyyat keçirilib
02 NOYABR
536

Nardaranda əməliyyat keçirilib

2016-11-02 11:16:00

Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə daxili işlər orqanları tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsində növbəti əməliyyat-axtarış tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum edilmiş Nardaran qəsəbə sakini Orxan Qasımov şübhəli şəxs qismində saxlanılıb.

Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 0,81 qram heroin aşkar edilərək götürülüb. O.Qasımovun ətrafında əlavə olaraq, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun Nardaran qəsəbəsinin Abşeron küçəsində hasarın dibində gizlətdiyi 23 ədəd qumbara alışqanı, “Makarov” tipli tapançaya məxsus 3 güllə, 2 qumbara zapalı, 2 bıçaq, 16 alışdırıcı və 8 fitil aşkar edilərək götürülüb.

Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat, partlayıcı maddə və qurğular könüllü olaraq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir. Könüllü olaraq, polisə təqdim edilən qanunsuz silah-sursata görə, vətəndaş məsuliyyətə cəlb edilmir. Belə hallar polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edildikdə isə qanunsuz odlu silah-sursat saxlayan şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272