SOSİUM

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərə – ŞAD XƏBƏR
01 NOYABR
439

Diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərə – ŞAD XƏBƏR

2016-11-01 14:17:00

İşə yeni qəbul olunan və üzrlü səbəblərə görə qiymətləndirilmədə iştirak edə bilməyən müəllimlər üçün noyabr-dekabr aylarında yenidən diaqnostik qiymətləndirilmə keçiriləcək. Bu barədə fins.az-ın sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsindən  məlumat verilib.

Bildirilib ki, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul edilən, habelə bu il müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə qəbul olunan müəllimlər də diaqnostik qiymətləndirməyə cəlb olunacaqlar.

Qeyd edək ki, Bakı şəhəri üzrə müəllimlərin diaqnostik qiymətləndirməsi üçün imtahanda üzrlü səbələrdən iştirak edə bilməyən müəllimlərin maaşı əvvəlki qaydada hesablanır. Bu da onların narazılığına səbəb olub. Onlar yenidən imtahan keçirilməsini tələb ediblər. Lakin  məktəb rəhbərləri onlara bunun  mümkün olmayacağını bildiriblər. 

Bakı şəhəri üzrə Təhsil İdarəsindən  bildiriblər ki, diaqnostik qiymətləndirilmədən keçmiş hər bir müəllim bunun nəticələrini özünün əməkhaqqında hiss edir:

“Diaqnostik qiymətləndirilmənin nəticələri müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi və müvafiq qərarların qəbul olunması üçün zəruridir. Dərs bölgüsü, sinif rəhbərliyi, müəllimlərin vəzifədə irəli çəkilməsi kimi məsələlərdə diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır”.

Qeyd edək ki, Təhsil Nazirliyinin keçirdiyi qiymətləndirmə sınaq xarakteri daşıyır. Burada əsas məqsəd yaradıcı düşüncəni inkişaf etdirən, təhsilalanın fərdi xüsusiyyətlərini, stimullaşdırma və karyera inkişafını nəzərə alan, səriştənin artırılmasına xidmət edən modelin yaradılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Sınaq qiymətləndirmə diaqnostik tədqiqat xarakteri daşıyır.

Xatırladaq ki, bu ilin noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhəri üzrə orta məktəblərdə işləyən müəllimlərin bilik və bacarıqları diaqnostik qiymətləndiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272