SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
01 NOYABR
361

Sabaha olan – HAVA PROQNOZU

2016-11-01 11:48:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin noyabrın 2-nə olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında                                    

arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 02-də Abşeron yarımadasında yağıntılı hava şəraiti və arabir güclənən  külək meteohəssas insanlar üçün əsasən əlverişsiz olsa da, havanın  oksigenlə zəngin və təmiz olması müsbət amildir. Noyabrın 03-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275