SOSİUM

Şirkətlərarası futbol yarışı keçiriləcək
31 OKTYABR
655

Şirkətlərarası futbol yarışı keçiriləcək

2016-10-31 15:39:00

Noyabr ayının ilk 10 günlüyündə start götürməsi nəzərdə tutulan çempionat haqqında məlumat: Futbol yarışı Bakı şəhəri ərazisində yerləşən və mini futbol standartlarına cavab verən qapalı zalda keçiriləcək. Komandalar qruplarda yarışacaq. Hər qrupda 4 komanda iştirak edəcək və qrup üzrə 6 oyun keçiriləcək. Qrupların hər birindən 2 komanda yarımfinala vəsiqə qazanacaq. Qruplarda xallar bərabər olarsa, ilk olaraq komandalar arasinda şəxsi oyun hesabına üstünlük veriləcək və növbəti mərhələyə qalib komanda vəsiqə qazanacaq.

Yarışlar AFFA-dan dəvət olunan peşəkar (akkreditasiyadan keçmiş) hakimlər tərəfindən idarə ediləcək. Hər hissə 25 dəqiqə oynanılacaq.İlk hissənin sonunda 10 dəqiqəlik fasilə olacaq. Mini futbol qaydalarına tam əməl olunacaq. Hər bir komandanın forması tam şəkildə olmalıdır. Formalar təşkilatçı tərəfindən təqdim ediləcək. Hər formanın arxasında nömrə və oyunçunun adı yazılmalıdır. Hər bir fomanın üzərinə təşkilatçının logosu vurulacaq. Bütün oyunlar OTV kanalı vasitəsi ilə çəkilib, yayımlanacaq.

Hər bir şirkət çempionatda iştirak etmək üçün öncədən 10 nəfərlik heyətin (6 əsas + 4 yardımçı heyət) ərizəsini təqdim etməlidir. İştirakçıların şirkətin rəsmi işçisi olduğu haqqında anket təşkilatçı tərəfindən təsdiqləndikdən sonra qeydiyyat qəbul ediləcək.

Oyun başlamamazdan öncə oyunçular yoxlanılacaq. Buts (altı çıxıntılı futbol ayaqqabısı) ilə oynamaq qadağandır. Oyunda sərt və qaydalara riayət etməyən komandalar çempionatdan kənarlaşdırıla bilər. Məqsəd sağlamlıq,dostluq və əməkdaşlığın inkişafıdır. Qruplardakı iştirakçıların yerləşdirilməsi püşkatma vasitəsilə müəyyən ediləcəkdir. Futbol oyununda 1 nəfər qapıçı və 5 nəfər oyunçu nəzərdə tutulub. 4 nəfər ehtiyyat oyunçusu kimi iştirak edəcək.

Bir şirkət maksimum 2 komanda ilə təmsil oluna bilər. 10 nəfərlik heyətə tam formalar (yazılı T-shirt, şortlar, getrilər, qapıçı forması və əlcəyi) təşkilatçı tərəfindən təqdim edilir və komanda çempionat ərzində bütün oyunlarda (qrup mərhələsində ilk 2 yeri tutmaq və yarımfinalda qalib gəlmək şərtilə) iştirak edir. Qalib komandanı 1000 AZN pul mükafatı, kubok və medallar gözləyir.

Əlaqə: (050)224-40-52, info@otv.az, www.otv.az, facebook.com/otv.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272