SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
31 OKTYABR
325

Sabaha olan – HAVA PROQNOZU

2016-10-31 11:40:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin noyabrın 1-nə olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

arabir yağış yağacağı, gecə bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət  85-95 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında 

arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 3-6 dərəcə isti olacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275