SOSİUM

Turizm şöbələri icra hakimiyyətlərinin əlindən çıxdı – FƏRMAN
31 OKTYABR
316

Turizm şöbələri icra hakimiyyətlərinin əlindən çıxdı – FƏRMAN

2016-10-31 08:51:00

Azərbaycanda şəhər və rayonların turizm-mədəniyyət şöbələri yerli icra hakimiyyətlərinin tabeliyindən çıxarılaraq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib. fins.az xəbər verir ki, bu dəyişiklik prezident İlham Əliyevinoktyabrın 28-də imzaladığı fərmanlarda nəzərdə tutulur. Xatırladaq ki, həmin gün dövlət başçısı 2 fərman imzalayıb. Onlardan biri «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə dəyişiklik edilməsi barədədir. Fərmana əsasən,Əsasnamədən 4.12.7. (mədəni-maarif idarələrinin işini təşkil etmək) bəndi çıxarılıb. Yəni bundan sonra yerli icra hakimiyyətləri mədəni-maarif idarələrinin işini təşkil etməyəcəklər. Xatırladaq ki, indiyədək mədəni-maarif idarələrinin (bura turizm və mədəniyyət, eləcə də təhsil şöbələri aiddir) işini yerli icra hakimiyyətləri təşkil edirdi. Bu idarələrə rəhbər və digər təyinatlar da yerli icra hakimiyyətlərinin səlahiyyətinə aid idi. Belə ki, mədəniyət və turizm şöbəsinin rəhbərini yerli icra hakimiyyəti təyin edirdi (Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmaqla). İndi isə bu səlahiyyət də, yerli icra hakimiyyətlərindən alınıb. 

Prezidentin digər fərmanı Mədəniyyət və Turizm Nazirliyinin strukturuna və işçilərin sayına dəyişiklik edilib. Belə ki, həmin fərmanla rayon turizm şöbələrinin bazasında yaradılmış regional mədəniyyət və turizm idarələri nazirliyin tabeliyinə verilib. Bununla əlaqədar olaraq nazirliyin işçilərinin sayı da artırılıb. İndiyədək nazirliyin işçilərinn sayı onun 160 nəfərlik mərkəzi apparatı ilə məhdudlaşırdı. İndi isə bura Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi vəregional mədəniyyət və turizm idarələri üzrə 219 ştat vahidi də əlavə edilib. Nəticədə Nazirliyin işçilərinin sayı 379 nəfərə çatıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272