SOSİUM

«Türkiyədə 100 dollara da universitet var» – QİYMƏTLƏR, QƏBUL ŞƏRTLƏRİ
31 OKTYABR
876

«Türkiyədə 100 dollara da universitet var» – QİYMƏTLƏR, QƏBUL ŞƏRTLƏRİ

2016-10-31 00:51:00

Xəbər verdiyimiz kimi, oktyabrın 29-30-da Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçirilib. "Akademi Group Təhsil Mərkəzi"nin layihə meneceri Razi Vəliyev fisn.az-a müsahibəsində qonşu ölkədə universitetlərə qəbul şərtləri və diplomların tanınması məsələlərinə aydınlıq gətirib.

Qəbul qaydaları

Türkiyə universitetlərinə bir neçə formada qəbul aparılır.

1. Attestatla. Yəni, universitetlərin bəziləri orta məktəbləri bitirmək haqqında sənədi və məktəb müəllimlərinin verdiyi referanslarla tələbə qəbul edir. Attestatla tibb ixtisasları tədris edən universitetə də qəbul olmaq olar.

2. YÖS imtahanı ilə. Bu riyaziyyat və məntiq biliklərini qiymətləndirən sistemdir. Universitet özü də bu imtahanı keçirə bilər, və ya başqa bir universitetin keçirdiyi YÖS imtahanının nəticələrini də qəbul edə bilər.

3. Beynəlxalq imtahanlarla. Bir çox universitetlər SAT, İB imtahan larının nəticələrinə əsasən tələbə qəbul edir.

4. Beynəlxalq Fənn olimpiadalarının nəticələri əsasənda. Siz Türkiyədə olimpiada nəticələrinizə görə də universitetə qəbul ola bilərsiz.

Qəbul olmaq üçün göstəricilər 80-100 faiz arasında olmaldıdır. Eyni vaxtda bir neçə universitetə sənəd vermək olar.

Eləcə də bax: Xaricdə təhsil neçəyə başa gəlir? – CANLI YAYIM

Eləcə də bax: Xaricdə təhsil neçəyə başa gəlir? – CANLI YAYIM 2


Diplomları Azərbaycanda və Avropada tanınır

R.Vəliyev bildirib ki, universitetlərin yerindən, təhsil formasından asılı olmayaraq Türkiyədəki bütün universitetlərin diplomları Azərbaycanda tanınır. Seçim qarşısında olandə işəgötürənlər Türkiyədə təhsil alanlara üstünlük verirlər.

BeynəIxalq müqavilələr, Haaqa Konvensiyası əsasında Türkiyədə verilən diplomlar Avropada da tanınır. Onların mübadilə proqramları var. Türkiyədə təhsil alan tələbələr həmin Avropa universitetlərində müddətli təhsil ala bilərlər. Bundan sonra magistr təhsili üçün Avropada universitet seçmək imkanı da olacaq.

Qiymətlər

Türkiyədə təhsil almaq yerindən və universitetlərin verdiyi təhsil səviyyəsindən asılı olaraq müxtəlif qiymətlərə başa gələ bilər. R.Vəliyevin sözlərinə görə, siz illik 100 dollar ödəməklə bu ölkədə universitet təhsili ala bilərsiz.

Məsələn, Burdur şəhərində yerləşən Mehmet Akif Aksoy Universitetində təhsil haqqı 190 TL və ya təxminən 100 manatdır.

Dövlət universitetlərində yerli tələbələrə təhsil pulsuzdur. Bəzi universitetlər xaricdə tanınmaq üçün ilk illərdə təhsil haqılarını aşağı edirlər.

Tibb ixtisasları isə daha bahadır. Həmin universitetlərdə təhsil haqqı 20-25 min dollar arasında dəyişir. Onlara Koç Universiteti, Baxçeşehir Universiteti, Kəmər Bulqas Universiteti aiddir. Əgər siz əlaçı olsanız təhsil haqqında 50-75 faiz aralığında güzəşt qazana bilrəsiz.

Yataqxana qiymətləri

Təhsil haqları kimi Türkiyədə yataqxana qiymətləri də fərqlidir. Gec gedən tələbələr özəl yataqxanalarda və ya dostları ilə ev tutub qala bilər. Ən ucuz yataqxanalarda qiymət 150-200 dollardan başlayır. Yataqxana qiymətləri 1000 dollara qədər ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274