SOSİUM

Bakıda yağış, rayonlarda qar - HAVA PROQNOZU
31 OKTYABR
1598

Bakıda yağış, rayonlarda qar - HAVA PROQNOZU

2016-10-31 00:16:00

Azərbaycanda oktyabrın son gününə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti 15-20 m/san, arabir 23-25 m/san, gecə yarımadanın bəzi yerlərində arabir 28 m/san-dək güclənəcək, günün ikinci yarısında 10-15 m/san-dək mülayimləşəcək. Havanın temperaturu gecə 7-9°, gündüz 9-13° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 2-7°, gündüz 8-13° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı, sulu qara, qara keçəcəyi, duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti təşkil edəcəyi gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 4-8°, gündüz 9-12° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir. Gündüz bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 1-6°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, gündüz arabir yağış yağacağı, axşama doğru intensivləşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 6-10°, gündüz 10-14° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında səhər və gündüz arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 8-10°, gündüz 10-13° isti, dağlarda gecə 1-6°, gündüz 6-10° isti təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275