SOSİUM

Qeyri-sabit hava ayın sonunadək davam edəcək – XƏBƏRDARLIQ
29 OKTYABR
456

Qeyri-sabit hava ayın sonunadək davam edəcək – XƏBƏRDARLIQ

2016-10-29 12:56:00

Bakıda və Abşeron yarımadasında oktyabrın 30-da hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Fins.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada səhər və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı, duman olacağı ehtimalı var.

Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə +8+10°C, gündüz +11+16°C isti təşkil edəcək. Bakıda gecə +8+10°C, gündüz +14+16°C isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında oktyabrın 30-da hava şəraiti əsasən yağmursuz keçəcək, səhər duman olacaq. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +6+10°C, gündüz +13+18°C, dağlarda gecə -2+3°C, gündüz +10+15°C olacağı gözlənilir.

Xəbərdarlığa görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin oktyabr ayının sonunadək davam edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275