SOSİUM

Dubaydan bəzi malların gətirilməsinə – QADAĞA QOYULDU
28 OKTYABR
3671

Dubaydan bəzi malların gətirilməsinə – QADAĞA QOYULDU

2016-10-28 18:42:00

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Dubaydan (BƏƏ) bəzi məhsulların ölkəyə gətirilməsinə qadağa qoyub. Fins.az-ın verdiyi xəbərə görə, bu barədə "Camex" yerli karqo şirkətindən müştərilərinə ünvanladığı SMS müraciətində bildirilir.

Məlumata görə, DGK-nın qadağa qoyduğu məhsullar arasında ətirlər, “Power bank” (mobil cihazlar üçün rezerv enerji qurğuları), “Segway” (təkərli elektron hərəkət vasitəsi) və bir sıra başqa batareya tərkibli əşyalar var. 

“Bu vaxta qədər gətirirdik. Amma bir neçə dəfə gömrükdə mallarımızı saxladılar, ona görə də daha həmin məhsulları gətirmirik”, - deyə karqo şirkətinin əməkdaşları müştərilərə izah verirlər. 

Şirkət təmsilçisi qeyd edib ki, DGK bu qadağanı həmin məhsulların təhlükəli olması ilə əlaqələndirir.

Məsələ ilə bağlı DGK-dan bildirilib ki, Azərbaycana bütün malların gətirilməsi mövcud qanunvericiliklə tənzimlənir və tələblərə uyğun gəlməyən malların gətirilməsi qadağandır.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274