SOSİUM

Qadınlar kişilərdən 39 gün çox işləyir
27 OKTYABR
250

Qadınlar kişilərdən 39 gün çox işləyir

2016-10-27 11:47:00

Qadınlar bir ildə kişilərdən 39 gün daha çox işləyir.

Bu barədə Dünya İqtisadi Forumunun (WEF) hesabatında deyilir. Bildirilir ki, qadınlar bir gündə kişilərə görə 50 dəqiqə çox işləyir. Bu da bir ildə 39 günə bərabərdir.

Ödənişsiz işlərdə qadınların daha çox üstünlük təşkil etdiyi bildirilən hesabatda qadın-kişi arasındakı iş tarazlığının 170 ildən sonra təmin olunacağı qeyd edilir.

Hər il 1 milyard qadın iş prosesinə qoşulur. Gördüyü işin ödənişini alan kişilərin nisbəti qadınlara görə 34 faiz daha çoxdur. Lakin uşaq və yaşlılara baxmaq, ev işləri kimi pulsuz işlər də daxil edildikdə qadınlar kişilərdən daha çox çalışır.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275