SOSİUM

Bakıda Türkiyə universitetlərinin sərgisi olacaq
26 OKTYABR
328

Bakıda Türkiyə universitetlərinin sərgisi olacaq

2016-10-26 11:22:00

“Təhsil Cəmiyyəti”nin təşkilatçılığı və “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin dəstəyi ilə Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi təşkil olunacaq.

Oktyabrın 29-30-u tarixlərində 12:00-dan 17:00-dək Bakıda Hilton Hotelində təşkil olunan sərgidə Türkiyənin tanınmış dövlət və özəl universitetləri, həmçinin yataqxanaları iştirak edəcək.

Hər il təşkil olunan sərgidə bu dəfə də tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək, Türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək.

Eləcə də bax: Xaricdə təhsil neçəyə başa gəlir? – CANLI YAYIM
Eləcə də bax: Xaricdə təhsil neçəyə başa gəlir? – CANLI YAYIM 2

Əlavə olaraq, sərgi müddətində seminarların keçirilməsi də nəzərdə tutulur.

Sərgidə İstanbul Aydın , Bahçeşehir, İstanbul Kültür, Üsküdar Universiteti kimi Türkiyənin tanınmış universitetləri iştirak edəcək.

Həmçinin Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulur. Sərgiyə qeydiyyatdan keçmək üçün qeydiyyat formunu doldurun.

https://goo.gl/forms/YvFa35dr4aKRh7ss2

Qeyd edək ki, Fins.az sərginin rəsmi media dəstəkçisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272