SOSİUM

Yay vaxtına keçidlə bağlı uyğunsuzluq – ARADAN QALDIRILDI
26 OKTYABR
531

Yay vaxtına keçidlə bağlı uyğunsuzluq – ARADAN QALDIRILDI

2016-10-26 11:10:00

“Microsoft” korporasiyası bu il oktyabr ayının sonuncu bazar günü Azərbaycanda olan lisenziyalaşdırılmış “Windows” istifadəçilərinin kompüter sistemlərində yay vaxtına keçidin ləğv olunması ilə bağlı uyğunsuzluğun olmayacağını elan edir.

Şirkətdən verilən məlumata görə, məlum olduğu kimi, Azərbaycan hər ilin mart və oktyabr aylarının sonuncu həftəsinin bazar günü müvafiq olaraq yay və qış vaxtlarına keçirdi. Carı ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Bu qərar müvafiq keçidə bir neçə gün qalmış elan edildiyi üçün kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlmişdi.

Lakin 2016-cı ilin mayın 10-da “Microsoft” korporasiyası tərəfindən Azərbaycan ərazisində xüsusi ““Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə”nin (“Windows Update”) istifadəyə verilməsi sayəsində lisenziyalaşdırılmış ”Windows” istifadəçilərinin kompüter sistemlərində vaxtla bağlı heç bir uyğunsuzluq qeydə alınmayıb.

Pirat və ya lisenziyasız əməliyyat sistemi istifadə edənlər, eləcə də “Windows” yeniləmələri xidmətini söndürmüş istifadəçilər vaxtla bağlı uyğunsuzluqla üzləşəcəklər. Belə ki, qeyd edilən əməliyyat sistemlərində yay vaxtına keçid və ya ləğvi adəti üzrə baş verəcək ki, bu da həmin sistemlərdə saatların səhv göstərməsi ilə nəticələnəcək.

“Microsoft” Korporasiyası Azərbaycan ərazisində xüsusi ““Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə”ni  (“Windows Update”) istifadəyə verib. Yenilənmədən “Windows”un bütün lisenziyalaşdırılmış versiyalarından ölkə ərazisində istifadə edənlər mayın 10-dan etibarən yararlana bilərlər.

Beləliklə, bu təlimatdan istifadə etməklə həmin yeniləməni quraşdırmaq, beləliklə də yay/qış vaxtına keçidlə bağlı uyğunsuzluğu müvafiq qərara əsasən tamamilə həll etmək mümkündür.

Yay/qış vaxtına keçidi ləğv edən yenilənmənin quraşdırılması üçün təlimatı bu linkdədir: https://www.facebook.com/MS.Azerbaijan/posts/1084888808246129

Mənb: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275