SOSİUM

Şagirdlər üçün ingilis dili mərkəzləri açılır – QİYMƏTLƏR
24 OKTYABR
428

Şagirdlər üçün ingilis dili mərkəzləri açılır – QİYMƏTLƏR

2016-10-24 16:49:00

British Council Bakıda yerləşən 2 orta məktəbdə və Müəllimlərin Peşəkar İnkişaf Mərkəzində ilk İngilis Dili Mərkəzləri təşkil edib. Fins.az xəbər verir ki, mərkəzlər Fizika, riyaziyyat və informatika liseyində (Əhməd Cəmil küçəsi 3), 23 saylı orta məktəbdə (28 may küçəsi 32) və Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunda (Mir Cəlal küçəsi 71) fəaliyyət göstərəcək.

Sabah oktyabrın 25-də təhsil n azirinin müavini Ceyhun Bayramov, Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Karol Krofts və British Council-ın ölkə üzrə Direktoru xanım Elizabet Vaytın iştirakı ilə mərkəzlərin açılışı olacaq. İngilis dili Mərkəzlərinin təsis edilməsinin əsas məqsədi Azərbaycanda İngilis dilini öyrənənlərə bu dilin zəngin resurslarına açılış imkanları yaratmaqla onların ünsiyyət qabiliyyətlərini inkişaf etdirməkdir.

İngilis dili Mərkəzləri yaxınlıqda yerləşən məktəblərdə təhsil alan şagirdlər üçün cüzi ödəniş qarşılığında müstəqil öyrənmə, dərsdən kənar fəaliyyətlər və ünsiyyət bacarıqlarının inkişafı üçün dərslərdə iştirak etmək imkanını yaradacaqdır. Həmçinin, mərkəzdə müəllimlərin davamlı peşəkar təlimi və inkişafı üçün də imkanlar təklif ediləcək

İngilis dili Mərkəzlərinin yerləşdiyi hər bir məktəb yaxınliqda yerləşən dörd orta təhsil məktəbinin mini şəbəkəsinin mərkəzi funksiyasını daşıyacaq. Bu mərkəzlər zəngin dil resurslarından faydalanmaq üçün vəsaitlər, müəllim təlimi proqramları, müəllimlər üçün müxtəlif növ fəaliyyət imkanları və bu məktəblərin ingilis dili müəllimləri üçün peşəkarlar inkişaf məkanı kimi fəaliyyət göstərəcək. Fizika, riyaziyyat və informatika liseyindəki mərkəzdə üzvlük haqqı aylıq 25 manat, 23 saylı məktəbdə 3 aylıq 30 manat, 6 aylıq 50 manat, 9 aylıq 70 manat olacaq. Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunda müəllimlər üçün yaradılan ingilis dili mərkəzində isə tədris pulsuz olacaq.

Mərkəz həmçinin şagirdlər üçün İngilis dili Klubu şəklində şagirdlərə onlayn və ya üzbəüz formada digər İngilis dilini öyrənənləri ilə ünsiyyət qurmaq imkanı verəcək, beləliklə öyrənənlər həm də İngilis dilinin öyrənilməsi üçün ən yaxşı onlayn resuslara açılış imkanını da əldə edəcəklər.

İngilis dili Mərkəzi zəngin kitab resursları, jurnallar, DVD-lər və British Council-ın ingilis dilinin öyrənilməsi üçün elektron resurslar və proqramları yüklənmiş kompyuter və plnaşetlərlə təmin olunacaq. İngilis dili Mərkəzi sadə bir kitabxana kimi yox, həm də sinif otaqlarında tədris olunan ingilis dili qabilliyətlərini real olaraq üzə çıxaracaq bir məkan olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272