SOSİUM

Qadın məktəb direktorlarının sayı artıb
21 OKTYABR
115

Qadın məktəb direktorlarının sayı artıb

2016-10-21 09:54:00

2015-ci ildə əyani tam orta təhsil müəssisələrində direktor vəzifəsində çalışan qadınların sayı ötən tədris ili ilə müqayisədə 31,9%, 32,1% qədər artıb.

Fins.az-ın verdiyi məlumata əsasən, statistik göstəricilərə görə, əyani ümumi təhsil müəssisələrindəki qadın direktorların və müavinlərin sayı 1,8%, artıb.

Bundan başqa, Azərbaycanda hər 100 təhsil alana 47 qadın və 53 kişi düşür. Ötən tədris ili üzrə olan məlumatlara əsasən, dövlət orta ixtisas təhsili müəssisələrində qadın tələbələrin xüsusi çəkisi bütün tələbələrin 68% təşkil edir. Qadınlar əsasən pedaqoji, səhiyyə, humanitar və sosial, mədəniyyət və incəsənət, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə təhsil alırlar.

Qeyri-dövlət orta ixtisas təhsil müəssisələrində tələbələrin çox hissəsini kişilər təşkil edir.
2015/2016-cı tədris ilinin əvvəlinə dövlət ali məktəblərində qadınların xüsusi çəkisi 49,7%, kişilərin xüsusi çəkisi isə 50,3% olub. Qadınlar əsasən pedaqoji, səhiyyə, qida məhsullarının texnologiyası, təbiət elmləri, eləcə də mədəniyyət və incəsənət ixtisaslarına üstünlük verirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275