SOSİUM

Komitə sədri: Özəl bağçalar həddi aşmamalıdırlar
20 OKTYABR
205

Komitə sədri: Özəl bağçalar həddi aşmamalıdırlar

2016-10-20 10:09:00

Milli Məclisin Elm və təhsil komitəsinin dünən  keçirilən iclasında komitə sədri İsa Həbibbəyli, özəl uşaq bağçalarında ödənilən vəsaitin maksimum həddinin müəyyənləşdirilməsi ilə bağlı təklif irəli sürüb.

İrəli sürdüyü təkliflə bağlı danışan İsa Həbibbəyli bildirib ki, bağçalarda qiymətlər bazar iqtisadiyyatının tələbatına uyğun olmalıdır.

“Biz fikirləşirik ki, müvafiq icra orqanı orta hədd müəyyənləşdirsin və heç bir məktəbəqədər təhsil müəssisəsi o həddi keçməsin. Əmək bazarının tələbatına uyğun olaraq, rəqabət bazarı çoxaldıqca, qiymətlər tələb-təklif əsasında tənzimlənsin. Burada konkret rəqəm qoymaq, hədd qoymaq düzgün olmaz”.

Komitə sədrinin sözlərinə görə, bağçalara qəbul qiymətini qanun müəyyən eləmir. Özəl bağçalar qəbul üçün özləri müəyyən məbləğ təyin edir, dövlət bağçalarında isə qəbul pulsuzdur. 

“Biz çalışırıq müddəalar qoyaq ki, şişirtmə olmasın. Dövlət bağçalarında uşaq qəbulu üçün vəsait tələb olunması qanunsuzdur. Dövlət bağçalarına qəbul üçün kimlərdən vəsait tələb edirlərsə, həmin şəxslər müvafiq icra orqanlarına müraciət etsinlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275