SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
19 OKTYABR
487

Sabaha olan – HAVA PROQNOZU

2016-10-19 12:53:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin oktyabrın 20-nə olan məlumatına görə:

Bakıda və Abşeron yarımadasında                                    

buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal- şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-13, Bakıda gecə 7-9, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal və şərq rayonlarında arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

Xəbərdarlıq

Oktyabrın 21-dən 25-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Çaylarda sululuğun artacağı ehtimalı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272