SOSİUM

Əhalinin gəlirləri nominal ifadədə artıb – STATİSTİKA
18 OKTYABR
407

Əhalinin gəlirləri nominal ifadədə artıb – STATİSTİKA

2016-10-18 17:09:00

2016-cı ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin hər nəfərə düşən gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 7,4 faiz artıb. Dövlət Statistika Komitəsindən fins.az-a verilən xəbərə görə, həmin dövrdə hər nəfərə 3403,6 manat və ya ayda orta hesabla 378,2 manat düşüb. Bu dövrdə əhali tərəfindən əldə edilən 32 762,5 milyon manatlıq gəlirin 78,6 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,6 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 29 735,4 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 3089,1 manat vəsait qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275