SOSİUM

“Razılaşsaq, Qarabağ muxtar respublika ola bilər” – İLHAM ƏLİYEV
18 OKTYABR
744

“Razılaşsaq, Qarabağ muxtar respublika ola bilər” – İLHAM ƏLİYEV

2016-10-18 14:26:00

“Rəsmi Bakı Qarabağa muxtar respublika statusu verilməsini istisna etmir”.

Fins.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev “Ria Novosti” saytına müsahibəsində danışıb:

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məntiqli güzəşt mümkündür, region muxtar respublika ola bilər. Bunun üçün Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, həyati fəaliyyəti, özünüidarə hüququ, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi təmin edilməli, Dağlıq Qarabağ muxtar vilayəti ətrafındakı ərazilər azad edilməlidir. Bax, biz münaqişənin həllini belə görürük”.

Bununla belə, Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələsində güzəşt ola bilməz: “Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmarıq. Lakin yerli idarəetmə ilə bağlı güzəşt ola bilər. Əgər gələcəkdə razılaşsaq, Qarabağ muxtar respublika ola bilər”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272