SOSİUM

Azərbaycanda ailə bağçalarının yaradılması təklif edilir
18 OKTYABR
171

Azərbaycanda ailə bağçalarının yaradılması təklif edilir

2016-10-18 11:41:00

Azərbaycanda ailə bağçasının yaradılması təklif edilir. Bu “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan layihə barədə danışan komitə sədri İsa Həbibbəylideyib ki, ailə bağçaları ilə bağlı monitorinq aparıblar: "Hazırkı mərhələdə ailə bağçaları demək olar ki, müraciət olunmayan formalardan birinə çevrilib".

O qeyd edib ki, sanator tipli (bu uşaq bağçaları infeksion xəstəliklərə meyilli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), eləcə də bəzi sağlamlıq imkanları məhdud uşaqlar üçün bağçaların yaradılması nəzərdə tutulub.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272