SOSİUM

Peşə təhsili ilə bağlı yeni qanun olacaq-AÇIQLAMA
17 OKTYABR
392

Peşə təhsili ilə bağlı yeni qanun olacaq-AÇIQLAMA

2016-10-17 19:19:00

Yaxın aylarda “İlk peşə təhsili haqqında” və “Orta ümumtəhsil məktəbləri haqqında” qanun layihələrinin hazırlanmasına başlanacaq. Fins.az xəbər verir ki, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Bildirib ki,  müstəqillik illərindən bu yana “Məktəbəqədər təhsil haqqında” qanun Azərbaycanda ilk dəfə olaraq qəbul olunacaq.

“Müstəqillik illərində Azərbaycanda məkətəbəqədər hazırlıqla bağlı qanun olmayıb. Biz bu yeni qanunun hazırlanmasına işçi qrup yaradaraq, 1 il bundan qabaq başlamışıq. “Məktəbəqədər təhsil haqqında” qanun layihəsini hazırlayarkən dünya təcrübəsini əsas götürüb və Azərbaycanın mövcud reallıqlarını da nəzərə almışıq".

Qeyd edək ki, “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi komitədə artıq bir neçə dəfə müzakirə olunub. Sabah isə artıq qanun layihəsinin yekun müzakirələri olacaq.

Sabahkı komitə iclasında məktəbəqədər təhsilin funksiyaları, vəzifələri, imkanları müzakirəyə çıxarılacaq.

 

Mənbə: Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271