SOSİUM

“Təfəkkür” Universitetinin rektoru vəzifəsindən azad edildi
17 OKTYABR
598

“Təfəkkür” Universitetinin rektoru vəzifəsindən azad edildi

2016-10-17 18:18:00

“Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev səhhəti ilə bağlı vəzifəsindən azad olunub. Universitetdən verilən xəbərə görə, bu barədə iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev  universitetdə keçirilən tədbirdə öz xahişi ilə rektor vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.

O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb.

Ali məktəb rektorunun səlahiyyətlərinin icrası prorektor Rahim Hüseynova həvalə edilib. 

 
 
Mənbə: Apa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275