SOSİUM

Gələn il pensiyalar artmayacaq
17 OKTYABR
815

Gələn il pensiyalar artmayacaq

2016-10-17 15:47:00

Azərbyacan təqaüdlərin həcminə görə, MDB ölkələri arasında aşağı göstəricələrə malik ölkələrdən biridir.

Göstəricilərin enməsinə səbəb isə manatın devalvasiyaya uğramasıdır.

Fins.az xəbər verir ki, Ekspert Azər Mehdiyev “Exo” qəzetinə açıqlamasında 2017-ci ildə pensiya artımının olmayacağını deyib:

“Hazırda Azərbaycanın Pensiya Fonduna vəsaitlərin cəlb edilməsində çoxsaylı problemlər var. Qonşu ölkələr 2017-ci ildə pensiyaların artırılmasını planlaşdırır. Amma Azərbaycanın belə imkanı yoxdur. Hazırda sosial ödənişlərin edilməsi sahəsində dövlətin dəqiq siyasəti və strategiyası yoxdur”.

Ekspert deyir ki, bu sahədə uzun illərdir ki, hökumət islahatlarla məşğuldur. Amma hər hansı uğur hələ ki, görünmür.

“Qeyri-neft sektoru inkişaf edə bilmədi, ölkə iqtisadiyyatı indi də neft resurslarından asılıdır, qeyri-formal əmək bazarının artımı üzündən vəsaitləri pensiya fondunacəlb ermək mümkün olmur. Ona görə də2017-ci ildə pensiyaların artacağını gözləmək lazım deyil, Azərbaycanda pensiyaçıların nə zaman yaxşı yaşayacaqları da məlum deyil”, – ekspert qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272