SOSİUM

FİFA Azərbaycana pul ayıracaq
14 OKTYABR
322

FİFA Azərbaycana pul ayıracaq

2016-10-14 18:09:00

FİFA qarşıdakı 10 il ərzində 211 ölkənin assosasiyalarına 4 milyard dollar yardım edəcək.

Fins.az-ın verdiyi xəbərə görə,, ötən gün bu barədə Ali qurumun rəsmləri Sürixdə keçirilən yığıncaqda qərar veriblər. 10 illik proqram çərçivəsində beynəlxalq qurum futbolun inkişafıyla bağlı layihələr həyata keçirəcək.

Ali futbol qurumu qadın futbolunun inkişafı üçün də müəyyən vəsait nəzərdə tutub. FİFA xanım futbolçuların iştirakı ilə çempionatların təşkiliylə bağlı federasiyalara 315 milyon dollar ayıracaq.

FİFA-nın prezidenti Canni İnfantino bildirib ki, futbolun kütləviliyini dünya əhalisi üzrə 45 faizdən 60 faizə qaldırmaq istəyirlər.

Qeyd edək ki, ali futbol qurumu AFFA-ya da vəsait ayıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272