SOSİUM

Məktəblərdə 5 gün dərs olmayacaq
14 OKTYABR
3889

Məktəblərdə 5 gün dərs olmayacaq

2016-10-14 17:39:00

Təhsil Nazirliyi orta məktəblərdə payız tətilinin günlərini açıqlayıb. 

Fins.az-ın verdiyi xəbərə görə, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna­məsi”ndə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarına əsasən, dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr) müəyyən edilib. 

Həmin tətil günləri bütün ümumtəhsil məktəblərinə aiddir. 2016-2017-ci dərs ilində həm beşgünlük, həm də altıgünlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində tətildən sonra ilk dərs günü 21 noyabr tarixdə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272