SOSİUM

Sabah bu rayonlarda qaz olmayacaq
13 OKTYABR
1152

Sabah bu rayonlarda qaz olmayacaq

2016-10-13 18:27:00

Sabah Abşeron, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq. SOCAR-dan fins.az-a verilən məlumata görə, oktyabrın 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Novxanı” və “Mehdiabad”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Yevlax-1”, Astara Magistral qaz kəmərləri sahəsinin “Yardımlı” və “Əngəvül” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Abşeron rayonunun Novxanı və Mehdiabad qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Yardımlı rayonunun və Yevlax şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274