SOSİUM

Dövlət sektorunda işləyənlərin sayı azalıb – STATİSTİKA
11 OKTYABR
287

Dövlət sektorunda işləyənlərin sayı azalıb – STATİSTİKA

2016-10-11 14:56:00

Bu ilin avqust ayı ilə müqayisədə sentyabrda iqtisadiyyatşa çalışanları sayı azalıb. Dövlət Statistika Komitəsindən (DSK) fins.az-a verilən məlumata görə, 2016-cı il sentyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 520,2 min nəfər olub. Bu il avqustun 1-i vəziyyətinə bu rəqəm 1 milyon 521,1 min nəfər olub. Azalma daha çox dövlət sektorunda müşahidə edilib.

DSK-nın açıqladığı rəqəmlərə əsasən, sentyabrda dövlət sektorun da çalışanların sayı 887,8 min nəfər olub. Halbuki, avqustda bu rəqəm 888,8 min nəfər təşkil edib.

Özəl sektorda çalışanların sayı isə bir qədər artıb. Əgər avqust ayında bu sektorda işləyənlərin sayı 632,3 min nəfər olubsa, sentyabrda onların sayı 632,4 min nəfərə çatıb.

Azalma daha çox tikinti, maliyyə və sığorta sektorun da baş verib. Əgər sentyabrın 1-dək iqtisadiyyatda çalışanların 6,8 faizi  tikinti sektorunun payına düşürdüsə, avqustun 1-ə bu göstərici 6,9 faiz olub.    

Bu il sentyabrın 1-nə işləyənlərin 1,7 faizi maliyyə və sığorta fəaliyyəti ilə məşğul olub. Avqust ayında bu göstərici 1,8 faiz təşkil edib.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272