SOSİUM

Diplomları tanınan məzunların – SİYAHISI
11 OKTYABR
1213

Diplomları tanınan məzunların – SİYAHISI

2016-10-11 12:55:00

Xaricdə təhsila alan və Azərbaycanda diplomu tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunan) şəxslər barədə məlumat bazası istifadəyə verilib. Təhsil Nazirliyindən fins.az-a verilən xəbərə görə, bazada ilkin olaraq 13 may 2013-cü il tarixindən bu günə kimi ekvivalentliyi müəyyən edilən xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarını alan şəxslər barədə məlumatlar yerləşdirilib.

Eləcə də bax: Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Axtarış panelində diplomu təsdiq olunan şəxsin soyadı, adı və atasının adını yazılmaqla onun təhsil aldığı ölkə, müəssisə, ixtisası və təhsil səviyyəsi barədə məlumatları əldə etmək mümkündür.

Qeyd edək ki, məlumat bazası mütəmadi olaraq yenilənəcək.Bazadakı məlumatlardan həm nostrifikasiya olunmuş diplomların sahibləri, həm də onları işəgötürənlər yararlana bilərlər.

Məlumat bazasına buradan daxil olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275