SOSİUM

Ədliyyə Nazirliyində yeni təyinatlar olub
10 OKTYABR
1630

Ədliyyə Nazirliyində yeni təyinatlar olub

2016-10-10 21:11:00

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində İnzibati Nəzarət idarəsinə yeni rəis təyinatı olub. Fins.az xəbər verir ki, ədliyyə naziri  Fikrət Məmmədovun müvafiq əmriylə  nazirliyin Göyçay regional şöbəsinin rəisi Ruslan  Osmanlı İdarənin rəisi təyin edilib. 

Nazirin digər əmriylə Nazirliyin Lənkəran regional şöbəsinin rəisi İlkin Nəcəfova İcra Baş İdarəsinin rəis müavini vəzifəsi həvalə edilib.

Xatırladaq ki, R.Osmanlı və İ.Nəcəfov əvvəl   Bələdiyyələrlə İş mərkəzində aparıcı məsləhətçi vəzifəsində çalışıblar.

Qeyd edək ki, hazırda Ədliyyə Nazirliyinin Göyçay və Lənkəran regional şöbələrinin rəisi vəzifəsi vakant olaraq qalır.

 

 

Mənbə: Belediyye.info 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274