SOSİUM

Xaricdə təhsil neçəyədir? – QİYMƏTLƏR
10 OKTYABR 2016
688

Xaricdə təhsil neçəyədir? – QİYMƏTLƏR

2016-10-10 15:01:00

Həftəsonu Bakıda keçirilən  təhsil  sərgisində  dünyanın 14 ölkəsini təmsil edən 118 təhsil müəssisəsi 60-dan artıq müxtəlif fakültəni təqdim edib. Eksponentlər arasında Azərbaycan, Belarus, Macarıstan, Almaniya, İordaniya, Latviya, Litva, Polşa və Çexiyanı təmsil edən ali təhsil müəssisələri, eləcə də kolleclər, kurslar, məktəblər, təhsil və elm mərkəzləri yer alıb.

Sərgidə Litvadan 6, Latviyadan isə 1 ali məktəb  iştirak edib.

Menecment və İqtisadiyyat Universiteti – Litva, Vilnus

Universitet xarici tələbələr, o cümlədən, azərbaycanlılar üçün 7 fakültə üzrə qə bul elan edir. Burada təhsil haqları hər semestr üzrə hesablanır. Məsələn, tətbiqi elmlərin idarəedilməsi fakültəsində qiymət 1 800 euro müəyyən edilib. 

Digər fakültələrdə də qiymətlər  2 057 -2 975 euro  arasında dəyişir. Magistr tıhsili üçün isə bir qədər baha təhsil haqları təklif edilir. Məsələn, maliyyə iqtisadiyyatı i ixtisasında semestr üçün  2 275 euro, idarəetmə və iqtisadiyyat üzrə doktorluq dərəcəsi almaq üçün  5 500 -8 250 euro illik təhsil haqqı müəyyən edilib.

Litva Musiqi və Teatr Akademiyası- Litva, Vilnus

Dünyada seçilən ali təhsil müəssisəsində  musiqi, teatr və kino, rəqs, həmçinin pedaqogika kimi ixtisasların  öyrədilməsi yüksək səviyyədə həyata keçirilir.  Burada təhsil haqqı  2 500 - 5 500  euro arasında dəyişir.

Litva Təhsil Universiteti- Litva, Vilnus

Universitet əsasən müəllim hazırlığı ilə məşğul olur. Burada təhsildə idarəetmə və liderlik fakültəsində xüsusi təlimlər verilir. Burada magistr təhsili almaq illik 3242 euroya başa gəlir.   Digər fakültələrdə isə qiymətlər 1 396- 2 878 euro arasında dəyişir.  Magistr pilləsində isə qiymətlər 2 265 – 3 566 eurodur.

Mikolas Romeris Universiteti – Litva, Vilnus

Bu, Litvada ən böyük universitetlərdən biridir. İndi burada 13 min nəfərdən artıq tələbə təhsil alır. Universitetdə əcnəbi tələbələr üçün 200-dən artıq  ingilis dilli tədris  kursları təşkil edilir. Burada əsasən,  sosial elmlər və iqtisadiyyat ixtisasları tədris edilir. Təhsil haqqı 2 160-4 097 euro arasında dəyişir.

Gediminas adına Vilnus Texniki Universiteti – Litva, Vilnus

Bu il burada  10 min nəfərdən artıq tələbə təhsil alır. Əsasən, texniki elmlər, eləcə də aviasiya,  mülki tikintilər üzrə mühəndis kimi ixtisaslar  tədris edilir. Universitetdə bakalavr pilləsində təhsil haqqı 2 700- 3900 euro müəyyən edilib. Aviasiya fakültəsində təhsil haqqı isə bütün proqram boyu 65 000 euro təşkil edir. Magistratura  və MBA pilləsində təhsil isə 3 900 eurodur.

Vilnus Universiteti-Litva

Bu Universitetdə tibb, hüquq təhsili üzrə ixtisaslarla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrinə aid faküıtələt də mövcuddur. Burada bakalavrlar üçün  təhsil haqqı 1 500 -2 400 eurodur. Magistrlər üçün isə bu məbləğ 2 317-12 960 euro arasında dəyişir.

İqtisadiyyat və Mədəniyyət Universiteti –Latviya, Riqa

Bu Universitetin diplomu  “EKA” tərəfindən təsdiq edildiyi üçün A vropada və bütün dünyada qəbul edilir. Təhsil haqqı da digərləri ilə müqayisədə aşağıdır -1 800-2 000 euro MBA səviyyəsində magistr təhsili isə  2 000 euro müəyyən edilib.       

Derbesten Universiteti - Macarıstan

Macarıstanda ən böyük ali təhsil müəssisələrindəndir. Universitetin 27 min tələbəsi var. Onlardan 4 min nəfəri xarici tələbələrdir. Əsasən tibb və iqtisadiyyat sahəsində mütəxəssis hazırlayan Universitetdə 5 000-16 900 dollar arasında dəyişir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+34°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288