SOSİUM

"Ətraf yanır, biz isə xoşbəxt həyatımızı qorumalıyıq" – PREZİDENTDƏN MÜNASİBƏT
07 OKTYABR
399

"Ətraf yanır, biz isə xoşbəxt həyatımızı qorumalıyıq" – PREZİDENTDƏN MÜNASİBƏT

2016-10-07 17:44:00

“Belə bir beynəlxalq mənzərə fonunda Azərbaycan uğurla inkişaf edir. Biz mötəbər beynəlxalq tədbirlər keçiririk”.

Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. 

Dövlət başçısı bildirib ki, bu yaxınlarda V Bakı Beynəlxalq Humanitar Forumu yekunlaşıb: “Forumda 80-ə yaxın ölkədən 400-dən çox tanınmış xadim iştirak edib. Forumda bir daha bizim gördüyümüz işlər, xüsusilə multikulturalizmlə bağlı gördüyümüz işlər yüksək qiymətləndirildi. Bu il ölkəmizdə digər beynəlxalq tədbirlər də keçirilib. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu Forumun Azərbaycanda keçirilməsi bu sahədə gördüyümüz işlərə dünya tərəfindən verilən böyük qiymət idi”. 

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda böyük idman yarışları keçirmişik: “500 milyon auditoriyası olan “Formula-1” yarışını keçirmişik. Özü də “Formula-1” qrupunun rəhbərləri də qeyd ediblər ki, ən gözəl yarış Azərbaycanda keçirildi. İlk dəfə olaraq Azərbaycanda ən yaxşı təşkil edilən Ümumdünya Şahmat Olimpiadası keçirildi. Bu olimpiadaya bütün dünyadan - 200-ə yaxın ölkədən nümayəndələr gəlmişdi”.

Dövlət başçısı böyük mötəbər tədbirlər arasında Roma Papası Fransiskin Azərbaycana rəsmi səfərini xüsusilə qeyd edib: “Bu, tarixi bir səfər idi və Roma Papası Bakıdan bütün dünyaya çox açıq mesajlar göndərdi. O cümlədən Azərbaycanda multikulturalizmin vəziyyəti ilə bağlı onun dəyərli fikirləri həm həqiqəti əks etdirir, həm də dünya katoliklərinin rəhbərinin bu işlərə qiymətinin gözəl təzahürü idi. Bax, biz bu işləri görürük. Amma ətraf yanır, yan-yörə alovlanır, risklər artır. Biz isə öz xoşbəxt həyatımızı və xoşbəxt gələcəyimizi qorumalıyıq və qoruyuruq. Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır. Şəhərlərimiz gözəlləşir, abadlaşır, bütün işlər çox yaxşı gedir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270