SOSİUM

Təhsil və karyera sərgisində – VAKANSİYALAR AÇIQLANIB
07 OKTYABR
904

Təhsil və karyera sərgisində – VAKANSİYALAR AÇIQLANIB

2016-10-07 15:15:00

Bu gün Bakıda “Təhsil və karyera” sərgisi işə başlayıb. Fins.az xəbər verir ki, açılış mərasimində iştirak edən təhsil nazirinin müavini Ceyhun Bayramov, Polşanın Azərbaycandakı səfiri Marek Tsalka bu cür sərgilərin təhsilin inkiafında xüsusi rol oynadığını vurğulayıblar. Qeyd edək ki, sərgidə 14 ölkədən 118 müəssisə iştirak edir. Onların sırasında orta məktəblər, hazırlıq kursları, ali təhsil müəssisələri, eləcə də vakansiya təqdim edən şirkətlər də var.

Qeyd edək ki, Təhsil Nazirliyinin stendində ”Maarifçi”, “Sabah”, “Bir könüllü”, “Azərbaycan üçün öyrət” layihələri təqdim edilir. Sərgidə eyni zamanda məktəbəqədər təhsil sektoru təqdim olunub. Bu sektorda Beynəlxalq Sabis Sun Məktəbi, "XXI Əsr" Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi və «British School in Baku» iştirak edir. Sərginin karyera bölməsində təmsil olanan 5 yerli şirkət isə öz vakansiyalarını açıqlayıblar. Onlar SOCAR, SOCAR AQŞ, “Azərsun”, “Baku Sea Port” və “Gilan Holdinq”dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272