SOSİUM

Şagirdlərin dərsə davamiyyətini yoxlamaq – ELEKTRONLAŞIR
07 OKTYABR
189

Şagirdlərin dərsə davamiyyətini yoxlamaq – ELEKTRONLAŞIR

2016-10-07 11:30:00

Təhsil Nazirliyi şagirdlərin dərslərə davamiyyətini ölçən elektron sistemlərin qurulmasına çalışır. Fins.az xəbər verir ki, bunu  Nazirliyin təhsilin inkişafı proqramlarını şöbəsinin  müdiri Emin Əmrullayev  bəzi məktəblərdə  bu sistemin qurulmasına nail olunduğunu bildirib.

“Elektron jurnallar və digər   avadanlıqlar uşağın məktəbə gəlib-gəlmədiyini müəyyən etməyə imkan verir.  Ancaq bu sistemind aha da təkmilləşməsi lazımdır. Yaxın zamanda artıq həmin elektron sistem tam formada işə düşəcək”.

E. Əmrillayev valideynlərin uşaqları dini və ya etnik dünyagörüşünə görə erkən  yaşlarda məktəbdən ayrılması məsələsinə də toxunub.

“Biz bu məsələni hədəfə almışıq. Etnik və dini mənsubiyyətə görə ayrıseçkilik etmirik.   Bizim üçün şagirdin məktəbə davamiyyəti vacibdir, dərsə gəlməsi daha önəmlidir”.

Şöbə müdiri  bununla bağlı ötən il 6 bölgədə  monitorinqlər aparılıdığını deyib. “Bundan sonra  şagirdlərin dərsə davamiyyətində Astarada 72 faiz, Sabirabadda 14 faiz, Ağcabədidə 16 faiz yaxşılaşma olub. Digər rayonlarda da 2 rəqəmli yaxşılaşmaya nail olduq”.

E.Əmrillayev  bu il daha 25 rayonda belə monitorinqlərin aparlacağını bildirib. “Düşünürəm ki, biz  dərs ilinin sonunda keyfiyyət dəyişikliyini görəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271