SOSİUM

Ucqar kəndlərdə müəllim işləmək istəyənlər azdır
06 OKTYABR
242

Ucqar kəndlərdə müəllim işləmək istəyənlər azdır

2016-10-06 15:11:00

Həvəsləndirmə tətbiq edilən ucqar kəndlərdə vakant yerlərə göndərilən müəllimlərdən 15-20 faizinin göndərişdən imtina edəcəyi gözlənilir. Fins.az xəbər verir ki, Təhsil Nazirliyinin (TN) İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov mətbuat üçün brifinqdə bu barədə açıqlama verib.

Bildirib ki, həmin şəxslər müsabiqədən keçsələr də uzaq məsafələrə getməkdən imtina edirlər. Ona görə də onların yerinə vakansiya həmin bölgədən nisbətən az bal toplayan şəxsə təklif edilir. Bu səbvəb dən vakansiyalar kifayət qədər azalıb. E.Bağırov qeyd edib ki, bu il müəllim işləmək istəyən 31 779 nəfər vakant yerlərə müraciət edib. Onlardan ümumilikdə 2 365 nəfər müsabiqədən uğurla keçib. 1 827 nəfər müsabiqənin birinci mərhələsində işə qəbul edilib. TN rəsmisi qeyd edib ki, əlavə yerləşdirməyə 242 yer çıxarılıb. 538 nəfər bu zaman işə qəbul olunub. E.Bağırovun sözlərinə görə, bu ildən müəllimlərin işə qəbulu prosesində müsahibə mərhələsində açıq dərslər keçirilib. Eyni zamanda namizədlərin psixoloji durumunu yoxlamaq üçün psixoloqlar posesə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272