SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
05 OKTYABR
506

Sabaha olan – HAVA PROQNOZU

2016-10-05 12:27:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin oktyabrın 6-na olanməlumatına görə:

Bakıda və Abşeron yarımadasında                                    

hava şəraitinin dəyişkən buludlu olacağı, axşam buludluluğun artacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270